SİZƏ ZƏNG EDƏK
Central Office:
Huzur Mh. Azerbaycan Cad. Skyland İstanbul
Trakya Teknopark Ofis:
Şükrüpaşa Mh. Trakya Üniversitesi Teknoloji Geliştirme Bölgesi
USA Office:
New York
Baku Office:
117A Nizami str.. Nəsimi dist.
slider-3

Park Hill Terrace

Park Hill memarlıq və tikinti şirkəti öz fəaliyyətinə 2014-cü ildən Bakı Ağ Şəhər layihəsi çərçivəsində başlamışdır..

Qısa müddət ərzində şirkətimiz müştərilərinə yaşayış binalarının inşaatı sahəsində ən yüksək keyfiyyətli layihələri təqdim etməklə seçilir.

Şirkət 2020-ci il tarixinədək 153 mənzilli olan, fransız üslubunda tikilən Həyat Park yaşayış kompleksi və 90 mənzilli olan, ispan üslubunda tikilən Park Hill Residence yaşayış komplekslərini təhvil vermişdir.

Hal-hazırda şirkət yeni layihələrə imza atmaqda davam edir və Ağ Şəhərin ən prestijli ünvanlarında yerləşən, özəllikləri ilə seçilən yüksəkmərtəbəli Park Hill Tower və Park Hill Terrace yaşayış komplekslərini müvəffəqiyyətlə inşa edir.

Park Hill şirkətinin özəlliyi ondan ibarətdir ki, öz daimi peşəkar memar və mühəndis komandası ilə birgə layihələndirmə və dizayn prosessindən başlayaraq inşaat prosesini tam bitirib təhvil verənədək sifarişçi, layihəçi və podratçı qismində yalnız özü iştirak edir. Bunun sayəsində şirkət yaşayış binalarının inşa edilməsində öz dəsti xətti ilə seçilir.

Park Hill Terrace / Hədəf

Müştərimizin 2020 – 2021 ci illərdə Google Ads / Rəqəmsaldan gözləntilərinə və hədəflərinə uyğun olaraq sektora uyğun ola biləcək digər kanallarla reklam modellərini təyin etməklə başladıq.

Youtube Reklamları ilə bir sıra kampanyaların tanıtımını edirik.

Maraq dairəsi ilə bağlı, kampanyalar ilə bağlı, rəqiblərin səhifələrini, axtarış sözləri və.s bir çox yöntəmlə hədəf kütlələrinə yönləndirmə edirik.

Google Axtarış Reklamları ilə, doğru açar sözləri və reklam mətnləri ilə potensial müştəri kütləsini conversion etməyə yönləndiririk. Conversion hədəfimizi aylıq KPİ çərçivəsində gerçəkləşdiririk. Aldığımız nəticələri günlük olaraq bir sıra ölçüləbilir alətlər vasitəsilə edirik. Conversionları günlük olaraq aldığımız nəticələrə uyğun olaraq optimizasiya edirik.

Google Display (GDN) / Banner reklamları ilə həm Remarketing işləri, həm də alıcı kütləsinin qarşısına çıxarmaqla satın almalarını təşviq edirik.

Need help?