20 aprel tarixində “Dedeman” hoteldə Google Türkiyə və “Destex Digital” ilə əməkdaşlıq çərçivəsində “Təhsil Sahəsində Rəqəmsal Davranışlar və Fürsətlər Sammiti 2” keçirildi. Türkiyənin qabaqcıl təhsil müəssisələrinin və yüksək səviyyəli rəhbər işçilərin dəvət olunduğu tədbir bu sahədə lider olduğu üçün təhsil sektorunda böyük təəssürat yaratdı.
“Destex Digital” təsisçisi Emrah Ünalın açılış nitqi ilə başlayan tədbir bir – birindən dəyərli məruzəçilərə ev sahibliyi etdi. “Google Türkiyə ilə apardığımız təhlil və araşdırmalar nəticəsində təhsil dünyasının hələ də rəqəmsallaşma prosesi ilə kifayət qədər ayaqlaşmadığını gördük” deyən Emral Ünal təhsil müəssisələrinin rəqəmsal strategiyalarını müəyyənləşdirməkdə onlara bir işıq tutmaq istədiyini söylədi.
Təhsil sektorunda Google Məhsulları.
Açılış nitqindən sonra sammitin ilk məruzəçisi “Google Türkiyə” komandasından Google Akademiyasının direktoru Özgür Deniz Aydın oldu. Təhsil sektorunda Google məhsullarının doğru istifadəsi haqqında mühim məqamlara toxunan Aydın məruzəçilərə süni intellektdəki irəliləyişlərdən və Google məhsullarında baş verən dəyişikliklərdən danışdı.
Özgür Deniz Aydından sonra sammitin digər məruzəçisi Google Türkiyə Yaxın Şərq və Şimali Afrika regionunun keçmiş marketinq direktoru Mustafa İçil oldu. Təhsil sahəsində rəqəmsal dəyişimlə ayaqlaşmaq mövzusunda iştirakçıları məlumatlandıran İçilin təsirli təqdimatı olduqca yüksək qiymətləndirilmişdir.
Obyektlərin interneti mövzusuna da toxunan İçil “Ağıllı məhsullardan mən də evimdə istifadə edirəm. İstədiyim zaman rəngini dəyişən işıqlar, mən istədiyim zaman açılan qapılar, bir düymə ilə işləyən bir çox məhsul… Ancaq digər tərəfdən bu cihazlar bütün şəxsi həyatımıza da hakimdir. İstifadə etdiyim məhsullar mənim nə vaxt evə gəldiyimi, nə vaxt dostlarımla əyləndiyimi və hətta, əhvalımı belə bilirlər. Ancaq bu məhsullardan düzgün istifadə etməyin faydalarını da heç kim inkar edə bilməz” deyərək, öz həyatından da misallara toxunub. Təhsil sahəsində rəqəmsallaşmanın zəruriliyinə toxunan İçil həmçinin, qeyd etdi ki, hər bir sahə rəqəmsallaşaraq inkişaf edərkən, təhsil də bununla ayaqlaşmalıdır.
Mustafa İçilin təsirli təqdimatından sonra Marketing Holmes Moderatorluğu ilə baş tutan panelin qonaqları da təhsil sahəsinin vacib adlarından idi. İstanbul Ticarət Universitetinin Tanıtım və Marketinq müdiri Serdar Mısır, Okul.com.tr – nin qurucusu Emre Cem Kırbıyık, Tint Məktəbləri qurucusu Zeynep Dereli və Bilgi Kolleci İdarə Heyətinin sədri Ahmet Çevik “Marketing Holmes”un rəhbərlik etdiyi təhsil sahəsindəki rəqəmsal marketinqdə edilən doğrular və yalnışlar qiymətləndirdi.
Marketinq tərəfindən təşkil edilən “Təhsildə Ünsiyyət Mükafat Mərasimin”dən sonra yenidən səhnəyə çıxan “Destex Digital” təsisçisi Emrah Ünal “ESTA” Hesabatını qonaqlara təqdim etdi. Şagird və valideynlərin qərar vermə proseslərinə təsir edən amillərə ətraflı bir şəkildə toxunan Ünal hesabat təhlilinin nəticələri ilə təhsil müəssisələrini bir çox mövzuda məlumatlandırdı.
Rəqəmsallaşan dünyada təhsil sektoru
Təhsil Sektorunda Rəqəmsal Savranışlar və Fürsətlər Sammiti – 2 – nin son məruzəçisi isə jurnalist – yazıçı Serdar Kuzuoğlu idi. “Rəqəmsallaşan Dünyada Təhsil Sektoruna Baxış” adlı çıxışı ilə dinləyiciləri zaman – zaman güldürən təsirli bir təqdimat edən Kuzuoğlu təhsil sektorundakı rəqəmsal çatışmazlıqlardan da bəhs etdi.
Bir çox mühim təhsil ocaqlarını və yüksək səviyyəli icraçıların iştirak etdiyi sammit növbəti ildə də davam edəcəyinə və ənənəvi bir hal alaraq təhsil dünyasına işıq salacağına işarə etdi.
Təhsil Sahəsində Rəqəmsal Davranışlar və Fürsətlər Sammiti 2 – də bir – birindən vacib iştirakçı və məruzəçilərin müsahibələrinə aşağıdan baxa bilərsiniz.