26 oktyabr tarixində “Grand Wyndham Otel” də baş tutan və bu il “The MisFit” mövzusu ilə diqqət mərkəzində olan “Marketing Meetup” da “Destex Digital” olaraq yerimizi aldıq!
Hər il mühim məruzəçilərə ev sahibliyi edərək marketinq dünyası ilə bağlı bir çox mövzuya toxunan və insanları ruhlandıran “Marketing Meetup” bu il “Uyğunsuzluqlar” mövzusunu ələ aldı. 1 illik onlayn təcrübədən sonra marketinq dünyasının mühim adları və brend nümayəndələri bir arada idi.
“ThinkNeuro” şirkətinin CEO – su Dr. Yener Girişken neyro marketinq və insan qavrayışına dair yaxşı bir giriş edərkən, Boğaziçi Caz Xorunun bədii rəhbəri Masis Aram Gözbek istəklərdən əl çəkməməyin mükəmməl nəticələrində danışdı. Tədbirdə “The Hammers Award” mükafatları da sahiblərinə təqdim edildi.
Biz “Destex Digital” olaraq, “Marketing Meetup”ın rəqəmsal sponsorluğunu öz üzərimizə götürdük. Bütün komandamız tədbirdə iştirak etdi. Eyni zamanda, tədbir salonuna brendlərin “Rəqəmsalda qazanan tərəfdə olmaları” üçün sirli “Squid Game” kartları yerləşdirdik. Böyük diqqət çəkən işimizlə maraqlanan brend nümayəndələrinə rəqəmsal reklamla bağlı mühim tövsiyələr verdik.
Kosmos mövzulu stendimiz və Astronavtımızın tədbirdə diqqət mərkəzində olması bizi çox sevindirdi. Rəqəmsal marketinq mövzusunda ilhamlandıran belə vacib bir tədbirin dəstəkləyiciləri arasında olduğumuz üçün xoşbəxt idik.