SİZƏ ZƏNG EDƏK
Mərkəzi Ofis:
Huzur Mh. Azerbaycan Cad. Skyland İstanbul
Trakya Teknopark Ofis:
Şükrüpaşa Mh. Trakya Üniversitesi Teknoloji Geliştirme Bölgesi
Amerika Ofis:
New York
Bakı Ofisi:
Bakı ş., Nəsimi r., Nizami küç. 117A
marketing-meetup-etkinligi2-640x640

Marketing meetup 2018 “təcrübə”si.

Marketing Meetup 2018 “TƏCRÜBƏ” mövzusu ilə bağlı tədbir 19 aprel tarixində baş verdi.

İş dünyası üçün Türkiyənin ən yaxşı məzmununu istehsal edən Marketing Meetup iş zəkasına, analitikaya və intellektuallığa meydan oxudu, başqa sözlə desək, stereotiplərə meydan oxudu. Tədbirdə bu il ilk dəfə MARTECH mükafatlandırma mərasimi də keçirildi. Bir çox fərqli kateqoriyada bir çox uğurlu şirkət mükafatlarını almanın xoşbəxtliyini yaşadı.

Olcayto Cengiz proqramda yaddaşın təməli olan “təcrübə” mövzusunu araşdırdı. Migros Marcom & CRM direktoru Kına Demirel isə Türkiyədə indi və yaxın gələcəkdə müştərinin həyatına təsir edən trendlər haqqında danışdı. Bager Akbay şair robot “Deniz Yılmaz” təcrübəsi ilə hər kəsi təəccübləndirdi. Bütün bunlardan başqa Big Data və məlumatların qiymətləndirilməsi ilə bağlı ən vacib məqamlara da toxunuldu.

Marketing Meetup – a damğa vuran digər bir məqam isə Türkiyənin böyük maraqla gözlədiyi süni intellekt möcüzəsi Robot Sofia idi. Sofia insana bənzəyən görünüşü, suallara cəld cavab verə bilmə qabiliyyəti və simpatik cavabları ilə diqqət çəkdi.

“Destex Digital” olaraq, biz də bu il UNUIQ İstanbulda keçirilən Marketing Meetup 2018 – in rəsmi sponsoru idik. Tədbirdə Kosmos mövzusu ilə yaratdığımız və ziyarətçiləri “rəqəmsalın sürətinə çatın” şüarı ilə qarşıladığımız stendimiz böyük marağa səbəb oldu.

Marketing Meetup 2018 “TƏCRÜBƏ” tədbirindən görüntülər:

Need help?