SİZƏ ZƏNG EDƏK
Central Office:
Huzur Mh. Azerbaycan Cad. Skyland İstanbul
Trakya Teknopark Ofis:
Şükrüpaşa Mh. Trakya Üniversitesi Teknoloji Geliştirme Bölgesi
USA Office:
New York
Baku Office:
117A Nizami str.. Nəsimi dist.
park_cinema_070515

Park Cinema

Park Cinema – 4 meydançadan ibarət ən böyük nüfuzlu kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələblərə cavab verən kinoteatrlar Park Bulvar, MetroPark, Park Zagulba AVM, Bakının yeni simvolu Flame Towers-in yüksək səviyyəli ticarət mərkəzi.

Əfsanəvi komfort və zalların keyfiyyətindən savayı, Park Cinema Azərbaycanda əzəmətli IMAX formatının yeganə nümayəndəsidir. Şəbəkə repertuarına festival filmləri və arthausdan başqa, ən məşhur premyeralar daxildir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Şəbəkə Facebook və İnstagram sosial şəbəkələrində öz fəallığı,  kontentə və istifadəçilərlə ünsiyyətə yaradıcı yanaşma ilə  məşhurlaşıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb (Socialbakers*-in məlumatına əsasən). Onu da qeyd edək ki, brend Bakının kübar həyatının çoxsaylı mühüm hadisələrinin tərəfdaşıdır, bu da Park Cinema-nın yüksək statusunun rəmzidir.

Park Cinema / Hədəf

Müştərimizin 2019 – 2020, 2020 – 2021, 2021 – 2022 ci illərdə Google Ads – Sosial Media – Şəbəkə Rəqəmsaldan gözləntilərinə və hədəflərinə uyğun olaraq sektora uyğun ola biləcək digər kanallarla reklam modellərini təyin etməklə başladıq.

Youtube Reklamları ilə bir sıra kampanyaları və vizyonda olan filmləri və yeni gələcək filmlər ilə bağlı tanıtımlar edirik. Bütün filmlər ilə bağlı ayrı işlər görərək, hər bir filmi öz doğru kütləsinə yönləndirmələr edirik.

Maraq dairəsi ilə bağlı, filmlərin youtube kanalını, izləyici kütləsini, sosyal medya səhifələrini, axtarış sözləri və.s bir çox yöntəmlə hədəf kütlələrinə yönləndirmə edirik.

Google Axtarış Reklamları ilə, doğru açar sözləri və reklam mətnləri ilə potensial müştəri kütləsini bilet almağa yönləndiririk. Conversion hədəfimizi aylıq KPİ çərçivəsində gerçəkləşdiririk.

Google Display (GDN) / Banner reklamları ilə həm Remarketing işləri, həm də filmlərin hədəf kütləsinə yönəlik reklam işləri görürük.

Sosyal Medya Reklamları 

Layihə çərçivəsində komandamız şirkətin sosial şəbəkələr üzərindən reklamlarını idarə edir. Burada əsas məqsədimiz hər bir filmə individual yanaşaraq ona uyğun hədəf kütləsini təyin etmək və reklamları tənzimləməkdir. Reklam alətlərindən effektiv istifadə və targetinq, onlayn bilet satışının artımına gətirib. Bununla yanaşı səhifənin aktivliyində əvvəlki aylara nisbətən 3 dəfə artım müşahidə olunub.

Need help?