SİZƏ ZƏNG EDƏK
Central Office:
Huzur Mh. Azerbaycan Cad. Skyland İstanbul
Trakya Teknopark Ofis:
Şükrüpaşa Mh. Trakya Üniversitesi Teknoloji Geliştirme Bölgesi
USA Office:
New York
Baku Office:
117A Nizami str.. Nəsimi dist.
thumbs_b_c_b87938662b1da4686a68dbcf157e0efe
iga-canakkale-projesi

IGA (İstanbul Grand Airport)

İstanbul Hava Limanında 18 mart Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin unudulmuş qəhrəmanlıqlarına şahidlik etmək üçün insan – bilboard qarşılıqlı əlaqəsinə əsaslanan “Dinle Yolcu” layihəsini həyata keçirdik.

Strategiyanın Planlaşdırılması və həyata keçirilməsi.

18 mart Çanaqqala Zəfərinin ölməz anlarını afişa kimi təsvir edərək Hava Limanının reklam lövhələrinə yerləşdirdik, üz tanıma texnologiyası ilə afişalarımızı canlandırdıq. 5 saniyə ərzində “Hekayəmi eşit” afişasını nəzərdən keçirən sərnişinlərimiz bir anda #DinleYolcu deyən qəhrəmanlarımızın hekayəsi ilə qarşılaşdı. 4 gün ərzində hava limanının 3 fərqli nöqtəsində sərnişinlərimiz emosional anlar yaşayarkən, biz də bu səmimi anları lentə aldıq.

Layihəmizin teaser dönəmində “Kafa Jurnalı” yazarı @lordsinov – u layihə idarəçisi olaraq təyin etdik. Eyni zamanda, Twitter və İnstagram influencer əməkdaşlıqlarımız ilə də fərqli kütlələrdə layihə ilə bağlı maarifləndirmə yaratdıq. Ekşi sözlük – də açılan başlıq isə 3 saat ərzində gündəmdə idi.

Sosial Mediada 93% Müsbət Söhbət!

Sosial media istifadəçilərinin 5000 – ə yaxın şərh və paylaşımını təhlil etdikdə gördük ki, layihə haqqında 93% müsbət danışıq var. Layihəmizin sosial media təqdimatı 18  mart səhəri Çanaqqala zəfərimizi xatırladan video ilə başladı. Həm sosial media hesablarımızdan etdiyimiz paylaşımlar, həm də 12 Twitter fenomeni və 15 Instagram səhifəsi ilə əməkdaşlığımızın nəticəsində layihəmiz istifadəçilər tərəfindən sıx maraq və heyranlıqla qarşılandı.

Layihə üçün Felis Mükafatı!

Destex Digital daxilində performans və yaradıcı iş prosesimizi bir – birindən ayıraraq, yaratdığımız yeni forma Fame & Noble IGA ilə birlikdə həyata keçirilən “Dinle Yolcu” layihəsi Felis ilə mükafatlandırıldı.

Out Of Home Billboard kateqoriyasında “Dinle Yolcu” işi ilə Felis mükafatının sahibi olan Fame + Noble layihəsini aşağıdan araşdıra bilərsiniz.

Ənənəvi mətbuatla qarşılıqlı əlaqə

Biz, həmçinin, ənənəvi mətbuatda əhəmiyyətli media görünürlüyü əldə edərək, layihəmizlə bağlı fərqindəlik yaratdıq, mesajımızı daha çox insana çatdırdıq. Bütün mediada böyük əks – səda yaradan layihəmiz ilə qəhrəmanlarımızın hekayələrini milyonlarla insana çatdıraraq, unudulan Çanaqqala mənəviyyatını yenidən xatırladıq. 5 qəzet xəbəri – 4 televiziya xəbəri – 1526 internet xəbəri.

Need help?